RU
Gülənin yanında başını əyənin
14:43
16994

Gülənin yanında başını əyənin

Türkiyənin ən məşhur stənd-ap ustalarından birinə çevrilmiş Atalay Demirçinin iyulun 15-də ölkədə hərbi çervilişə cəhdə rəhbərlik etmiş Fəthullah Gülənin tərəfdarı olduğu aşkarlanıb.

"Ay Yıldız Team" haker qrupu A.Demirçinin Tvitter profilini sındırandan sonra onun Gülənin ən aktiv tərəfdarları arasında yer alan Hakan Şükür və Enis Kanterlə yazışmaları ortaya çıxmışdı.
Yazışmalar arasında Fəthullah Gülənlə çəkilmiş foto da vardı.
Fotoda Gülənin yanında duraraq başını əyən, müti görkəm alan kaftanlı şəxsin kimliyi maraq doğururdu.

İndi bəlli olub ki, bu şəxs aktyor Vural Arısoydur.

Atalay Demirçi və Vural Arısoy "Samanyolu" TV-də o vaxtlar uşaq proqramında aparıcılıq edirdilər.

7News.az

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ