RU
Güllələnən müəllimdən yeni XƏBƏR VAR
12:30
26

Güllələnən müəllimdən yeni XƏBƏR VAR

Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlanıb.

 Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin davam etdirildiyi bildirilib:

"1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir".

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəlliməsi odlu silahdan atəş açaraq Şəhla Kamilovanı güllələyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ