RU
“Gültəkin Hacıbəyli torpaq, kips alverçisi olub”
22:57
1536

“Gültəkin Hacıbəyli torpaq, kips alverçisi olub”

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı:
“Həmin illərdə mən Mehdiabad bələdiyyəsinin sədr müavini olmuşam. Bilirəm ki, yadınızdan çıxmayıb bələdiyyəyə gəlib , iki ailə üzvünüz olduğu halda 12 sot torpaq götürdünüz. Bu gün müdafiə etdiyiniz Xədicə İsmayılı, Leyla Yunusu, İntiqam Əliyevi, Tofiq Yaqublunu, Əli Kərimlini və Cəmil Həsənlini necə ittiham edirdiniz?! Bu adamları “xalq düşməni” adlandırdınız. Gültəkin Hacıbəyli millət vəkili olanda torpaq, kips alverçisi olub.”
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəylin qarşıdan gələn parlament seçkilərini xalqımızın “məzhəkə”si adlandırıb və seçkidə iştirak edən şəxsləri seçkini legitimləşdirmək üçün qatıldığını bildirib:
“Milli Şuranın sədri, professor Cəmil Həsənli 1 noyabrda deputat təyin ediləcək şəxslərin siyahısını yayıb. Tam məsuliyyətlə deyirəm ki, siyahı realdır və bundan sonra Prezident Administrasiyası var gücü ilə çalışaraq artıq təsdiqlənmiş siyahıya müəyyən dəyişiklik etmək istəsə də, bu dəyişiklik heç 10-15 dairəni əhatə etməyəcək”.
 
Keçmiş depuatat Gültəkin Hacıbəylinin ittihamlarına cavab verən BAXCP sədrinin müavini, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Niyaməddin Orduxanlı AİM.Az-a bildirib ki, Gültəkin Hacıbəylinin ittihamlarının heç bir əsası ola bilməz:
“Gültəkin Hacıbəyli nağıl danışır. Hansı imitasiyadan söhbət gedir ki, müxalifət partiyalarının nümayəndələrinin hər biri deputat seçilmək üçün mübarizə aparır. Rəqabatə aparacaq şəxslər arasında radikal müxalifətin nümayəndələri İsa Qəmbər, Pənah Hüseyn, Erkin Qədirli və keçmiş millət vəkillərinin adları var. Bu adamların hər biri deputat olmaq üçün çalışır. BAXCP sədrinin müavini kimi bu mübarizəyə mən də qatılmışam. 2010-cu il parlament seçkilərində minlərlə səs qazanıb 2-ci yeri tutmuşam. Bu səfər də bütün imkanlarımızı səfərbər etmişik ki, qalıb gəlim! BAXCP-nin parlamentdə təmsilçilərinin sayını artıraq. Məqsədimiz budur!”
 
Niyaməddin Orduxanlı Gültəkin Hacıbəyli ilə bağlı maraqlı bir faktı da acıqladı:
 
“Gültəkin Hacıbəylinin həyatında baş vermiş hadisəni xatarılatmaq istəyirəm. Gültəkin xanım, yadınıza düşür, 2008-ci il də Mehdibad bələdiyyəsi? Həmin illərdə mən Mehdiabad bələdiyyəsinin sədr müavini olmuşam. Bilirəm ki, yadınızdan çıxmayıb bələdiyyəyə gəlib, iki ailə üzvünüz olduğu halda 12 sot torpaq götürdünüz. “Əlillər” massivindən aldığınız torpağı xatarıladınız?! Uca səslə deyridiniz ki, mən millət vəkiliyəm. İlham Əliyevin prezident seçkilərində vəkili olmuşam! Bu gün müdafiə etdiyiniz Xədicə İsmayılı, Leyla Yunusu, İntiqam Əliyevi, Tofiq Yaqublunu, Əli Kərimlini və Cəmil Həsənlini necə ittiham edirdiniz?! Bu adamları “xalq düşməni” adlandırdınız. İndi deyə bilərsiniz, o zaman səmimi idiniz, yoxsa indi?! Xatırlayırsınızsa, mənim otağımda mənə dediniz ki, sizi çox yaxşı tanıyram, siz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlısınız. Bəli, Gültəkin xanım, həmin BAXCP sədrinin müaviniyəm. O zamanda BAXCP sədrinin müavini idim, bu gün də BAXCP sədrinin müavini kimi seçkiyə qatılmışam və müxalifətin namizədi kimi QALİB gəlmək iddiasındayam! Sizlərsiniz ki, yolunuzdan, əqidənizdən imtina edirsiniz! Heç olmasa, ayıb nə olduğunu bilin! Bu fakt danılmazdır. Özü də bilir ki, bu hadisənin bu gün canlı şahidləri də var. Belə bir adamın yekə-yekə danışması gülünc görünür. Gültəkin Hacıbəyli hakimiyyətdən qovulandan sonra “zorla müxalifət” olanlardandır. Necə ki, Əli Kərimli, Cəmil Həsənli olub. Bu adamlar hakmiyyətdən uzaqlaşdırıldıqdan sonra dönüb olublar “müxalifət”. Ona görə də, belə bir şəxslərin ittihamları cəmiyyət tərəfindən cidd qəbul oluna bilməz. Gültəkin Hacıbəyli millət vəkili olanda, torpaq , kips alverçisi olub.”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ