RU
Gümrüdə tanınmış şəxs polis idarəsinə qumbara atdı - Xəsarət alanlar var
12:40
88

Gümrüdə tanınmış şəxs polis idarəsinə qumbara atdı - Xəsarət alanlar var

Ermənistanda Gümrü Muş polis idarəsini partlatmağa cəhd edən şəxs saxlanılıb.

7News.Az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs polis idarəsinə qumbara atıb. Daha sonra bina boşaldılıb. Hadisə nəticəsində bir neçə nəfər yüngül xəsarətlər alıb. Şübhəli şəxs isə tutulub.

Məlum olub ki, həmin şəxs Gümrüdən olan tanınmış iş adamıdır. O, "Arlekino” adlı restoran kompleksinin sahibidir.

Saxlanılan şəxs ilkin açıqlamasında polislə yox, indiki hakimiyyətlə problemi olduğunu deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ