RU
Gümüşün qiyməti 70 dollar həddini keçdi
11:30
114

Gümüşün qiyməti 70 dollar həddini keçdi

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti bir troya unsiyası üçün70 dolları ötərək, tarixi maksimumu yeniləyib.

Bunu ticarət platformasının məlumatları göstərir.

Məlumata görə, gümüşün qiyməti Bakı vaxtı ilə saat 07:00-da 3.77% artaraq, bir troya unsiyasına görə 70.035 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 07:20-də isə gümüşün qiyməti 69.845 dollar olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ