Türkiyədə yaşayan model Günay Musayeva sevgilisi ilə fotosunu paylaşıb.
7News.Az axşam.az-a istinadən xəbər veriri ki, model iş adamı Taha Tatlıcı ilə eşq yaşayır. Günay birlikdə şəkillərini İnstaqram-da "story" hissəsinə yerləşdirib və daha sonra silib.
Qeyd edək ki, cütlük 3 aydır birlikdədir. Onların münasibəti haqda Türkiyə mediası xəbər yaymışdı. Günay Nyu-York Moda Həftəsi üçün Amerikaya gedərkən də sevgilisi onu tək qoymamışdı.
Xatırladaq ki, Musayeva aktyor Tolqa Karellə ailəli olub. Onun bu nikahdan Cahangir adlı oğlu dünyaya gəlib.
7News.Az








