RU
Gündəm
15:44
1289

Gündəm "Mediaradar"da müzakirə olundu

"Mediaradar" verilişi bu dəfə də bir-birindən maraqlı mövzularla tamaşaçıların qarşısına çıxıb.

Verilişdə, jurnalist adından sui-istifadə edənlərin cəzalarının sərtləşdirilməsi, problemin həllində medianın və cəmiyyətin üzərinə düşən vəzifələr, "Günəşli" yatağındakı yanğın hadisəsinin media tərəfindən necə işıqlandırılması, xəbər aparıcılarının canlı efirdə ağlama məsələləri fərqli fikir və təhlillərlə müzakirə olunub.

Verilişin bu dəfəki qonaqları isə "7news.az" saytının rəhbəri Səbuhi Abbasov və ATV-nin əməkdaşı Elvin Dəmirli olub.

Xatırladaq ki, media gündəmində önə çıxan başlıqların müzakirə olunduğu "Mediaradar" verilişi hər bazar ertəsi 22:00-da Region TV-də yayımlanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ