7NEWS.az xəbər verir ki, oktyabrın 21-də Fransanın paytaxı Parisdə "Sial Paris” beynəlxalq ərzaq sərgisi açılıb.
Avropanın ən
irimiqyaslı ərzaq sərgilərindən olan "Sial Paris”də İqtisadiyyat Nazirliyinin və
Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz,
şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş
məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər məhsulların istehsalı ilə məşğul
olan 23 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan” vahid ölkə
stendində nümayiş etdirir.
Sərgidə, Naigin K "Tovuz
Baltiya”-nın icraçı direktoru və Azərbaycanda Qadın Sahibkarlığının İnkişaf
Assosiasiyasının Beynəlxalq əlaqələr komissiyasının rəhbəri Günel Məmmədhəsənova
iştirak edib.
Sərginin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov,
AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev çıxış edərək
qeyri-neft ixracının artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər
barədə məlumat verib, "Sial Paris” beynəlxalq ərzaq sərgisinin Azərbaycan məhsullarının
tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, xüsusi zövqlə dizayn edilmiş ölkə stendində nümayiş olunan Azərbaycan
məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən böyük maraqla
qarşılanır. Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər
keçirəcək, ixrac imkanlarına dair müzakirələr aparacaqlar.
Məlumat üçün qeyd edək
ki, "Sial Paris” beynəlxalq ərzaq sərgisi 25 oktyabr tarixinədək davam
edəcək
7NEWS.az











