Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 55 yaşı tamam olur.
"Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”. 13 il bundan öncə dövlətinə, millətinə sədaqət andı içən, zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin siyasi varisi kimi siyasət səhnəsində ilk addımlarını atan İlham Əliyev bu gün beynəlxalq aləmdə praqmatik dövlət xadimi imicinə sahibdir. Dünya ölkələrinin liderləri Azərbaycan Prezidentində bir çox cəhətləri xüsusilə qabardırlar: bunlar yüksək intellekt, ziyalılıq, səmimilik, ailə tərbiyəsi, vətənsevərlik, elitar mədəniyyət və digərləridir. Bəli, Ulu öndərdən estafeti alan İlham Əliyev bu gün də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində inamlı addımlr atır, xarici iqtisadi, siyasi və mədəni əlaqələri genişləndirərək bu əlaqələrdən xalqımızın mənafeyi naminə bacarıqla faydalanır. Azərbaycanımızın tanıdılması missiyasını uğurla yerinə yetirən 55 yaşlı prezidentimiz yaşıdlarından da xeyli irəli gedərək Şərqlə Qərb arasındakı münasibətlər sistemində, ayrı-ayrı dövlətlər arasında dost münasibətlərinin yaradılmasında həlledici rol oynayır. Bu isə böyük dövlət xadimlərinə xas olan keyfiyyətlərdir. Əlbəttə, Azərbaycan Prezidentinin bu keyfiyyətlərin daşıyıcısı funksiyasını yerinə yetirməsində ümummilli liderin təsiri və harizmasının əhəmiyyətli rolu var. Çağdaş dövrümüzdə xalqımız qarşısında duran ən çətin vəzifələrin öhdəsindən də bacarıqla gəlmək yolunda sizə uğurlar arzulayırıq, Əziz Prezidentimiz. Doğum gününüz mübarək!
Aktual.az








