Günəşdə dekabrın 1-də səhər saatlarında ilin ən güclü partlayışlarından biri baş verib.
Bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus "Telegram" kanalında məlumat verib.
"Səhər erkən saatlarda Günəşdə ən yüksək X sinfinə məxsus güclü partlayış qeydə alınıb. İlkin məlumatlara görə, onun gücü X1.95 bal təşkil edib, Moskva vaxtı ilə səhər saat 5:49-da (Bakı vaxtı ilə səhər saat 6:49-da - red.) isə pik həddə çatıb. Gücünə görə bu partlayış 2025-ci ilin əvvəlindən bəri Günəşdə baş vermiş ən güclü beş partlayış arasında yer alır", - deyə Mixail Leus yazıb.
Sinoptikin sözlərinə görə, partlayışın formalaşdığı yer Günəş-Yer xəttindən uzaqdadır, buna görə də Günəş materialının Yerə düşməsi ehtimalı olduqca aşağıdır.








