RU
Günəşdə üç güclü partlayış baş verib
20:17
37

Günəşdə üç güclü partlayış baş verib

Ötən gecə Günəşdə M güc sinfinə məxsus olan üç partlayış qeydə alınıb.

7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Oktyabrın 16-da Moskva vaxtı ilə saat 01:28-də (Bakı vaxtı ilə 02:28-də - red.) 51 dəqiqə davam edən M2.7 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 02:45-də (Bakı vaxtı ilə 03:45 - red.) 15 dəqiqə davam edən M2.4 partlayışı baş verib. Moskva vaxtı ilə saat 03:28-də (Bakı vaxtı ilə 02:28 - red.) 7 dəqiqə davam edən M1.1 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Partlayışlar eyni Günəş ləkələri qrupunda baş verib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ