Astronomların fikrincə, Günəşin səthində görünən qara dəliyin bütün dünyada elektrik enerjisinin kəsilməsinə səbəb ola biləcək günəş küləkləri yaratması riski təxminən 20 faizdir.
7NEWS.az xəbər verir ki, alimlər Günəşin səthində Yerdən təxminən 4 dəfə böyük dəliyin yarandığını təsdiqləyiblər. Qeyd edilib ki, "günəş ləkəsi” adlanan dəliyi dünyanın müxtəlif yerlərindən adi gözlə görmək mümkündür. Mütəxəssislərin fikrincə, qara dəlik kimi görülən dəliyin Yer kürəsində geniş miqyaslı elektrik kəsilməsinə səbəb ola biləcək günəş küləkləri yaratma riskinin 20 faiz olduğu təxmin edilir.
7NEWS.az








