“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub.
SOCAR-dan "APA-Economics"ə bildirilib ki, bütün əməkdaşlar sağ-salamatdır: "Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir. Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".
Hadisə ilə bağlı SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.
Həmçinin “Azneft” İstehsalat Birliyində operativ qərargah yaradılıb. Qərargah platformada qalanların yaxınlarına mütəmadi olaraq məlumat verir.
7news.az








