RU
“Günəşli”də həlak olan neftçi dəfn olundu
13:59
1095

“Günəşli”də həlak olan neftçi dəfn olundu

Xudaverdiyevin meyiti dünən tapılıb.

Meyiti fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı, 1971-ci il təvəllüdlü Xudaverdiyev Cavad Xudaverdi oğlu dəfn olunub.

7news.Az-ın APA-ya istinadən məlumatına görə, o, doğulduğu Xaçmaz rayonunun Əbiyatağı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin, SOCAR-ın rəsmiləri də iştirak edib.

Qeyd edək ki, C. Xudaverdiyev ailəli olub, 3 övladı qalıb. O, 1991-1995-ci illərdə birinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edib.

C. Xudaverdiyev dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ