RU
11:16
668

"Günəşli"də yanğının söndürülməsi üçün

"Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir.

Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, hava şəraitindən asılı olmayaraq itkin düşmüş neftçilərin axtarışlarına hətta dalğıclar da cəlb edilib. Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 2 helikopteri və bir dənizə enə bilən “B-200ÇS” təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi və 9 helikopteri də iştirak edir.

Platformada yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir. Yanğının söndürülməsində hazırda 6 gəmi iştirak edir. Həmçinin yanğının söndürülməsi üçün “Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb. Hazırda “Boots&Coots”un da yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür. Qərargahdan “Boots&Coots”un artıq bu gün yanğının söndürülməsi işinə qoşulmasının mümkün ola biləcəyini deyiblər./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ