Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı yanğından son görüntüləri yayıb.
7news.az xəbər verir ki, nazirliyin məlumatına görə, yanan neft quyuları söndürülüb. Yanğının tam olaraq aradan qaldırılması istiqamətində son işlər aparılır.
Xatırladaq ki, dekabrın 4-də baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışları da davam etdirilir.
7news.az








