RU
`Günəşli`nin yaxınlığında meyit tapılıb
11:59
469

`Günəşli`nin yaxınlığında meyit tapılıb

Xəzərin "Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan meyit çıxarılıb.


"BP-Azerbaijan" şirkətindən verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, "Dərinsulu Günəşli" platformasının yaxınlığında dəniz dibindən meyit çıxarılıb.

Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Xatırladaq ki, noyabrın 8-i səhər saatlarında Xəzərin "Dərinsulu Günəşli" platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb./azvision.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ