RU
“Gürcü Arzusu”: “Saakaşvili sağlam vəziyyətdədir”
20:40
541

“Gürcü Arzusu”: “Saakaşvili sağlam vəziyyətdədir”

"Mixeil Saakaşvili sağlam vəziyyətdədir”.

Bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, keçmiş prezident lazımı müalicə ilə təmin olunur:

"Əlbəttə ki, məhbusa qayğının göstərilməsi ilə bağlı məsuliyyət hökumətin üzərindədir, öz səhhətinə ziyan vurmağa görə isə məhbusun özü cavabdehlik daşıyır”.

İ.Kobaxidze qeyd edib ki, istənilən halda M.Saakaşvili lazımi müalicə alacaq:

"Biz məsuliyyətin nə olduğunu yaxşı bilirik və bizə bunu xatırlatmağa heç bir ehtiyac yoxdur”./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ