RU
Gürcü jurnalistlər canlı efirdə hökumətə brifinq keçirməyə imkan vermədi
19:40
284

Gürcü jurnalistlər canlı efirdə hökumətə brifinq keçirməyə imkan vermədi

Gürcüstanın media nümayənədləri qurumlararası koordinasiya şurasının iclasından sonra brifinq zamanı hökumət rəhbərliyində demarş təşkil ediblər.

"Ölkə.Az” "sputnik-gürcüstan”a istinadən xəbər verir ki, iclasın sonunda ilk olaraq səhiyyə nazirinin müavini Tamar Qabuniya çıxsa da, "Formula” telekanalının jurnalisti Gerigiy Kikabadze onun çıxışına imkan verməyib.

"Bu gün həmkarımız Lekso Laşkaravanı dəfn edirik. Hesab edirəm ki, heç kimin bu tribunada dayanmaq haqqı yoxdur: "Mən öz həmkarlarımı etirazımızı bildirmək üçün bura dəvət edirəm”.

Bundan sonra jurnalistlər və operatorlar fotolarla tribunaın qarşısında dayanaraq öz tələblərini səsləndiriblər. Onlar baş nazir İrakli Qaribaşvilinin istefasını tələb ediblər.

Bundan sonra media nümayəndələri tribunadan kənarlaşaraq səhiyyə nazirinin müavinə brifinq keçirməyə imkan yaradıblar. 
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ