"O səs Türkiyə"nin dünənki buraxılışında Gürcüstandan gələn yarışmaçı maraqla qarşılanıb.
Nutsa Buzalade bütün tətillərini İstanbulda keçirdiyi üçün türkləri və ölkəni çox sevdiyini, türkcə öyrənə bildiyini deyib.
O, "Lady Marmalade" mahnısını ifa edərək bütün münsifləri döndürə bilib. Müğənni Hadisə səhnədə eyni mahnını Nutsa ilə birgə ifa edərək şou göstəriblər. Sonda Hadisəni seçən gürcü qızı aparıcı Acun İlıcalının istəyi ilə daha bir mahnı oxuyub.
Qeyd edək ki, "O səs Türkiyə" yarışmasının münsiflər kürsüsündə müğənnilər Ebru Gündeş, Murad Boz, Hadisə və Gökhan-Hakan Özoğuzlar oturub. /axsam
7News.Az








