RU
Gürcüstan 2017-ci ildə Azərbaycandan idxal ediləcək elektrik enerjisinin həcmini açıqladı
20:00
333

Gürcüstan 2017-ci ildə Azərbaycandan idxal ediləcək elektrik enerjisinin həcmini açıqladı

Gürcüstanın Energetika Nazirliyi ölkədə elektrik enerjisinin balansını təsdiqləyib. Sənədə müvafiq olaraq, elektrik enerjisinin idxalı cari ilin göstəricilərinə görə 93,1%, ixrac isə 30,8% artırılması nəzərdə tutulur.  

7news.Az İnterfaks-a istinadən xəbər verir ki, nazirliyin saytında dərc edilən materiallara görə, 2017-ci ildə Azərbaycandan 823,8 milyon kVt/s həcmində elektrik enerjisinin idxalı nəzərdə tutulur. 

Elektrik enerjisinin ixracı 790,2 milyon kVt/s həcmində proqnozlaşdırılır, ondan 110,4 milyon kVt/s Rusiyaya (bu il üçün planlaşdırılmış göstriciyə müvafiq olaraq) və 679,8 milyon kVt/s Türkiyəyə (37,8% artım) çatdırılması nəzərdə tutulur. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ