“Bir tərəfli məmnuniyyətdən biznes inkişaf etmir və bu uzunmüddətli olmur”.
Hər bir ölkə çalışır enerji daşıyıcılarını diversifikasiya etsin. Bu normal bir prosesdir. Gürcüstan bizim ənənəvi bazarımızdır və biz onu qorumalıyıq. Gürcüstan tərəfi çalışır ki, qaz bazarını diversifikasiya etsinlər. Bizim də borcumuz odur ki, o bazarı qoruyaq. Daha da orda möhkəmlənək.
7News.Az xəbər verir ki, bu barədə ANS TV-nin “Hesabat” verişində Mir Şahinin qonağı olmuş Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
“Mən deməzdim bu kiminsə (İran, Rusiya –red.) qələbəsi kiminsə isə məğlubiyyətidir. Hər biz biznes o vaxt inkişaf edir ki, iki tərəfdə bundan məmnun olur. Bir tərəfli məmnuniyyətdən biznes inkişaf etmir və bu uzunmüddətli olmur. Gürcüstanla əməkdaşlıqdan, həm Azərbaycan həm də Gürcüstan tərəfi məmnundur”, - deyə SOCAR prezidenti Gürcüstan qaz bazarı uğrunda mübarizədə hansı tərəfi qalib hansı tərəfi isə məğlub adlandırmaq olar sualına cavab olaraq bildirib.
O, həmçinin əlavə edib ki, biz 2030-cu ilə qədər biznesimizin Gürcüstanda inkişafının təməlini qoyduq.








