RU
Gürcüstan baş naziri istefa edəcək
22:00
285

Gürcüstan baş naziri istefa edəcək

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefaya getməyə hazırlaşır.

7news.az-ın anspress-ə istinadən məlumatına görə, baş nazir bunu xüsusi brifinqdə rəsmi olaraq bəyan edəcək. Xarici KİV-lərin məlumatına əsasən, İrakli Qaribaşvili bundan sonra "Gürcü arzusu - demokratik Gürcüstan" və "Gürcü arzusu" seçki qərargahına başçılıq edəcək.

Hazırda Gürcüstan hökumət binasında brifinqə hazırlıq işləri gedir. Baş nazir istefası və yeni vəzifələri haqqında yaxın günlərdə ictimaiyyətə şəxsən məlumat verəcək.

Gürcüstan KİV-lərində yayılan xəbərlərə görə, baş naziri xarici işlər naziri Georgi Kvirikaşvili əvəz edəcək. Bundan başqa, Nazirlər Kabinetində hələ bir sıra dəyişikliklər də gözlənilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ