Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin Poniçala qəsəbəsində (azərbaycanlıların yaşadığı qəsəbə-red.) keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.
Əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.
Təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satdığı müəyyən olunub. Onun evində axtarış nəticəsində 4 bağlama heroin müsadirə edilib./apa
7news.Az








