Gürcüstan-Ermənistan sərhədində 3,9 bal gücündə daha bir zəlzələ baş verib.
Bu barədə Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 18:13-də qeydə alınmış zəlzələnin episentri Dmanisi yaxınlığındakı Sameba kəndididr.
Qeyd edək ki, Gürcüstanda ötən gün 6,2 bal gücündəki zəlzələnin episentri də Sameba kəndində qeydə alındığı açıqlanıb.
7NEWS.Az








