RU
Gürcüstan İqtisadiyyat Nazirliyində
12:23
1190

Gürcüstan İqtisadiyyat Nazirliyində

Hadisə yerində 11 yanğınsöndürən briqada işləyib.

Bazar ertəsi baş verən yanğın Gürcüstan İqtisadiyyat Nazirliyinin 500 kvadratmetrə yaxın ərazisini əhatə edib.

7News.Az xəbər verir ki, RİA Novosti-yə bu barədə ölkənin Fövqəladə hallar xidmətindən bildiriblər.

“Heç bir təhlükə yoxdur. Yanğın söndürülüb. Məlumata görə, təxminən 500 kvadratmetr ərazi yanıb”, - Xidmətin əməkdaşları bildirib.

Gürcüstan KİV-nin məlumatına görə, yanğın nəticəsində xadimə xəsarət alıb. Əməkdaşlar hələlik binaya buraxılmırlar. Hadisə yerində 11 yanğınsöndürən briqada işləyib. Yanğına səbəb elektrik nasazlığı göstərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ