Qərar qəbul olunub.
Gürcüstan İran vətəndaşları üçün viza rejimini ləğv edib.
Bu barədə İranın Gürcüstandakı səfiri Abbas Tələbi bəyan edib.
Fevralın 15-dən etibarən, İran vətəndaşları Gürcüstanda ərazisində 45 gün ərzində vizasız qala biləcəklər.
“Viza rejiminin ləğv olunması iki ölkə arasında ticari əlaqələrin genişlənməsinə töhfə verəcək”, - səfir deyib.
Xatırladaq ki, Gürcüstan İran vətəndaşları üçün birtərəfli viza rejimini 2013-cü ildə tətbiq etmişdir./oxu
7news.Az








