Gürcüstan NATO-nun Madrid sammitinə dəvət olunacaq.
7NEWS.Az xəbər verir ki, bunu Gürcüstanın "Birinci kanalı"na açıqlamasında NATO-nun Baş katibinin müavini Mirça Coane bildirib.
Mirça Coane "açıq qapı" siyasətinin NATO üçün vacib olduğunu bildirib: "Gürcüstan vacib tərəfdaşdır və Qara dəniz çox vacib region olacaq”.
7NEWS.Az








