Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib ki, 2021-ci ilə qədər ölkənin NATO-ya daxil olacağına ümid edir.
7news.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, daha əvvəl Gürcüstanın alyansa daxil olacağı vaxt açıqlanmırdı.
Baş nazir qeyd edib ki, NATO-ya üzvlük ölkənin təhlükəsizliyinin möhkəmlənməsi üçün vacibdir:
"Gürcüstan Avropa və Avroatlantik əməkdaşlığa üzv olmaq üçün hər gün çalışır”.
7news.Az








