RU
Gürcüstan Rusiyadan qaz alışını dayandırdı - Azərbaycana görə
17:54
527

Gürcüstan Rusiyadan qaz alışını dayandırdı - Azərbaycana görə

Gürcüstan bu ilin sonuna qədər "Qazprom"dan qaz almağı planlaşdırır, aprel ayından qaz təchizatı Azərbaycandan olan tədarük hesabına həyata keçirilir.

7News.az xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze İctimai televiziyanın efirində bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan yanvar ayından mart ayına qədər Rusiyadan 100 milyon kub metr qaz alıb. O, vurğulayıb ki, bu ilin əvvəlində "Qazprom"la bağlanan müqavilə Rusiyadan qaz asılılığını azaltmağa imkan verir.

"Rusiya qazının Ermənistana tranzitinə görə aldığımız vəsaitlə, biz Azərbaycandan qaz almaq imkanına malikik. Lazım olsa İrandan da qaz ala bilərik",- deyə Kaladze vurğulayıb. //azvision

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ