Gürcüstanın baş naziri İrakli Qaribaşvili açıqlamasında, "Rusiya tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi və ölkəmizin birləşməsi dövlətimizin və cəmiyyətimizin əsas problemi olaraq qalır” deyə bildirib.
7NEWS.az xəbər verir ki, Qaribaşvili Abxaziya müharibəsinin bitməsinin 30-cu ildönümü ilə bağlı verdiyi yazılı açıqlamada Gürcüstanın ərazi bütövlüyü problemlərinin davam etdiyini xatırladıb. Abxaziya müharibəsinin 30 il əvvəl, 1993-cü il sentyabrın 27-də başa çatdığını xatırladan Qaribaşvili qeyd edib ki, sözügedən müharibə ölkənin yeni tarixində dramatik hadisə kimi qeydə alınıb.
7NEWS.az








