RU
Gürcüstan vətəndaşı Bakıda mənzildə ölü tapıldı
14:00
256

Gürcüstan vətəndaşı Bakıda mənzildə ölü tapıldı

Gürcüstan vətəndaşı Bakıda mənzildə ölü tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, nömrəsiz evdə qeydə alınıb. 1952-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Abas Mamedov yaşadığı mənzildə ölü aşkarlanıb.

İlkin ehtimala görə, A.Mamedov ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ