Son günlər Gürcüstanda koronavirus tüğyan edir. Belə ki, son sutka ərzində ölkədə 1 595 yeni koronavirusa yoluxma faktı aşkarlanıb.
7News.Az xəbər verir ki, bu qonşu ölkə üçün rekord həddir. Bu günədək Gürcüstanda 22 803 nəfərə COVİD-19 diaqnozu qoyulub.
Ölənlərin sayı isə daha 6 nəfər artaraq 178-ə yüksəlib.
Qeyd edək ki, hazırda Gürcüstanda 13 224 aktiv virus daşıyıcısı var.








