RU
Gürcüstanda 19 yaşlı çoban ameikalı ailəni amansızcasına qətlə yetirib
12:10
250

Gürcüstanda 19 yaşlı çoban ameikalı ailəni amansızcasına qətlə yetirib

Gürcüstanın Duşeti bölgəsində bir neçə gün əvvəl cəsədi tapılan amerikalı ailə - Rayan və Laura Smitlə 4 yaşlı oğlunun öldürüldüyü məlum olub.

7news.Az xəbər verir ki, Gürcüstan KİV-lərində yer alan məlumata görə, əvvəlcə ailənin təbii fəlakət qurbanı olması haqda xəbərlər yayılıb. İyulun 6-da yoxa çıxan Smitlərin axtarışlarına başlandıqdan sonra iyulun 7-də onların cəsədi tapılıb. Ailənin 19 yaşlı çoban tərəfindən öldürüldüyü sübut olunub. O, polis tərəfindən saxlanılıb. Çoban əvvəlcə Rayanı öldürüb, daha sonra isə Lauranı şəlalədən atıb. Sonda isə 4 yaşlı uşağı qətlə yetirib.


Qeyd edək ki, Smit ailəsi Gürcüstanda "ReWoven" layihəsinin rəhbəri olublar. Onlar Gürcüstanda Azərbaycanın xalçaçılıq ənənələrinin bərpası və təbliğatı işilə məşğul olublar.

 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ