RU
Gürcüstanda 28 partiya parlament seçkilərində iştirakla bağlı qeydiyyatdan keçmək üçün müraciət edib
16:10
16

Gürcüstanda 28 partiya parlament seçkilərində iştirakla bağlı qeydiyyatdan keçmək üçün müraciət edib

Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirakla bağlı 28 partiya qeydiyyatdan keçmək üçün müraciət edib.

Bu barədə Gürcüstan MSK məlumat yayıb.

Söhbət son parlament seçkilərində iştirak etməyən və parlamentdə təmsilçisi olmayan partiyalardan gedir. Onlardan 9-u artıq qeydiyyatdan keçib, qalanlarının qeydiyyatı davam edir.

Məlumata görə, onlar həmçinin avqustun 1-dək minimum 25 min seçici imzasını təqdim etməlidirlər.

Əlavə sənədlər təqdim etmədən oktyabrın 26-da keçiriləcək seçkilərdə 13 partiya qeydiyyatdan keçə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ