RU
Gürcüstanda 3837 yoluxma, 44 ölüm
13:47
240

Gürcüstanda 3837 yoluxma, 44 ölüm

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 837 yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.

7News.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 194 900, ölənlərin sayı isə 1 883 nəfərə çatıb.

Virusa yoluxanlardan 164 786  nəfərin sağaldığı bildirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ