RU
Gürcüstanda 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirildi - FOTO
15:44
596

Gürcüstanda 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirildi - FOTO

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda qətl hadisəsi baş verib.

7News.Az report-a istinadən xəbər verir ki, rayonun Kveşi kəndində 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib.

İlkin ehtimala görə, hadisə 2 gün öncə törədilib. Onun meyiti yarıçılpaq vəziyyətdə meşədə tapılıb. Qətlə yetirilən şəxsin boğazında ip olub. Ahıl kişinin evində öldürüldüyü və meyitinin iplə sürütlənərək meşəyə aparıldığı bildirilir.

Meyitin gözlərinin çıxarıldığı barədə də məlumat yayılıb. Lakin bu fakt rəsmən təsdiq olunmayıb.

 

Ahıl yaşlı kişi tək yaşayırmış. Onun qətlə yetirilməsinin səbəbi hələlik məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. Qətl törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ