Cinayətkar dəstənin üzvləri arasında Azərbaycan vətəndaşları da olub.
Gürcüstan hüquq mühafizə orqanları Rusiyalı biznesmenlərin oğurlanmasında şübhəli bilinən 5 nəfəri saxlayıblar. Saxlanılanlar arasında azərbaycanlılar da var.
Gürcüstanlılar və azərbaycanlılardan ibarət cinayətkar dəstə rusların sərbəst buraxılması üçün pul tələb ediblər.
Girov saxlanılan Rusiya vətəndaşları biznes fəaliyyəti ilə məşğul olan Üzeyir S. və Mahir A. Gürcastana qohumlarının toyuna gəliblərmiş.
Faktla bağlı Gürcüstan DİN-i iki Azərbaycan vətəndaşı – 1976-cı il təvəllüdlü Mübariz B. və 1984-cü il təvəllüdlü Fariz H. və üç Gürcüstan vətəndaşı – 1988-ci il təvəllüdlü Vladimir C., 1983- cü il təvəllüdlü Vüqar K. və 1988-ci il təvəllüdlü Roman Z.-ni saxlayıb.
Saxlanılan şəxslərin üzərindən 5700 ABŞ dolları həcmində məbləğ götürülüb.
Dəstə üzvləri Gürcüstan cinayət məcəlləsinin “Qanunsuz azadlıqdan məhrum etmə” maddəsi ilə ittiham olunurlar./anspress
7news.az








