RU
Gürcüstanda anti-terror əməliyyatı keçirilir
11:10
861

Gürcüstanda anti-terror əməliyyatı keçirilir

Gürcüstan DTX-nın əməkdaşları paytaxt Tbilisidə antiterror əməliyyatı keçirib.

Mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıblar.

İlkin məlumata görə, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda həyata keçirilir.

Şübhəlilərin olduğu bina mühasirəyə alınıb, polis əraziyə tam nəzarət edir və sakinlərin təhlükəsizliyi təmin edilib.

"Rustavi-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.  /qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ