RU
Gürcüstanda Azərbaycan vətəndaşlarına qarşı ƏMƏLİYYAT
13:30
30

Gürcüstanda Azərbaycan vətəndaşlarına qarşı ƏMƏLİYYAT

Gürcüstanın Batumi şəhərində bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşma yolu ilə külli və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz alınmasına, saxlanmasına və satışına kömək etmək ittihamı ilə iki Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə 7News.Az Gürcüstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 1998-ci il təvəllüdlü A.Z. və 1999-cu il təvəllüdlü E.F. Acarıstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Bildirilir ki, onların şəxsi və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı satış üçün nəzərdə tutulan külli miqdarda müxtəlif narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi müsadirə olunub.

Məsələ ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 261 və 260-4-cü maddələri üzrə istintaq aparılır ki, bu maddələr 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ