RU
Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ olub
10:00
64

Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ olub

Gürcüstanın Azərbaycanla sərhəd ərazisində 3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə 7News.Az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:18-də Gəncədən 61 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ