Ötən gün Gürcüstanın Marneuli rayonunda Ümid Bayramovu qətlə yetirməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 2004-cü il təvəllüdlü şəxs saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, Marneulidə keçmişdə baş vermiş mübahisə zəminində baş verən qarşıdurma zamanı təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovu boğazından bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən ölüb. Şübhəli şəxs cinayət törədildikdən qısa müddət sonra saxlanılıb.
Faktla bağlı istintaq 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan qəsdən adam öldürmə maddəsi üzrə aparılır.
______
"24news.ge"nin məlumatına görə, mərhum 1 həftə əvvəl ailə qurubmuş.
Qətlə yetirilən 20 yaşlı azərbaycanlının fotosunu təqdim edirik:
--------
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb.
20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbi hələlik məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə istintaq aparıldığını bildirib.
Qeyd edək ki, Ümid Bayramov bir neçə gün əvvəl ailə həyatı qurub və hadisənin toy mərasimində baş verən mübahisə ilə bağlı olduğu ehtimal edilir. (APA)








