RU
Gürcüstanda azərbaycanlı namizədin güllələnməsi ilə bağlı cinayət işi açıldı
16:20
624

Gürcüstanda azərbaycanlı namizədin güllələnməsi ilə bağlı cinayət işi açıldı

Gürcüstanda "Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən şəxslərin güllələnməsi ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, oktyabrın 19-da, saat 22:40 radələrində Qızılhacılının M.K.Atatürk küçəsində yerləşən "Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasından yerli özünü idarəetmə orqanına deputat seçilmək üçün namizəd irəli sürülən Ceyhun Çovdarovun seçki qərərgahının önündə naməlum adam tərəfindən atılan güllələrlə 5 nəfər yaralanıb. Yaralıların hamısı Marneulidəki xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Gürcüstan CM-nin 117- ci maddəsi ilə (Sağlamlığa qəsdən ciddi ziyanvurma) cinayət işi başlanılıb. 

Qeyd edək ki, gecə Gürcüstan daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub. Onun sözlərinə görə, insidenti törədən şəxsin kim olduğu tezliklə məlum olacaq. Hazırda hadisə ilə bağlı araşdırma davam edir. /oxu

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ