Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda 23 yaşlı qızın meyiti su kanalında tapılıb.
Hadisə ötən gecə rayonun Çurtavi (Kolagir) kəndində baş verib.
Məlumata görə 1 ay öncə ailə həyatı qurmuş F. Allahverdiyeva ötən gün səhər saatlarından evdən çıxıb və geri qayıtmayıb.
Ailə üzvlərinin axtarışları zamanı gənc qızın meyiti kənddəki su kanalından tapılıb.
Yaxınları hadisənin intihar ola biləcəyini qeyd ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisənin araşdırıldığını açıqlayıb./apa
7NEWS.Az








