RU
Gürcüstanda bələdiyyə aparatının rəisi güllələndi
18:40
461

Gürcüstanda bələdiyyə aparatının rəisi güllələndi

Gürcüstanın Zuqdidi şəhər bələdiyyəsi aparatının rəisi Qriqol Mikava odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

7news.Az report-a istinadən xəbər verir ki, faktı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib. O, diz nahiyəsindən yaralanıb.

Nazirlikdən bildirilib ki, cinayətkarın tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir. 

Faktla bağlı qəsdən sağlamlığa ağır ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb. 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ