Gürcüstanda ötən sutkada koronavirusa 12 101 yeni yoluxma halı təsdiqlənib, 45 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 565 769-a, ölənlərin sayı isə 15 933-ə çatıb.
Son bir gündə 14 764, ümumilikdə isə 1 422 540 nəfər müalicə olunaraq sağalıb.








