Gürcüstanda son sutkada koronavirusa 7 482 yeni yoluxma halı təsdiqlənib, 32 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 591 936-ya, ölənlərin sayı isə 16 054-ə çatıb.
Son bir gündə 14 603, ümumilikdə isə 1 462 572 nəfər müalicə olunaraq sağalıb./report








