RU
Gürcüstanda daha 8 728 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb
13:40
286

Gürcüstanda daha 8 728 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 8 728 yeni yoluxma halı qeydə alınıb, 43 nəfər vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 015 592-yə, ölənlərin sayı isə 14 555-ə çatıb.

Son 24 saat ərzində 8 545, ümumilikdə isə 943 212 nəfər müalicə olunaraq sağalıb.

Hazırda aktiv xəstə sayı 57 799 nəfər təşkil edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ