Gürcüstanda ərzaqların və spirtsiz içkilərin qiymətləri 1,4% artıb, bu barədə Milli Statistika Xidmətinin "Sakstat” (Qruzstat) saytında məlumat yayılıb.
7news.Az bu barədə Novosti-Qruziyaya istinadən xəbər verir.
Bir ay ərzində qiymətlər: nəqliyyat sahəsində - 0,3%, mebel, ev əşyaları, evə qulluq – 0,1%, istirahət, əyləncə, mədəniyyət sahəsində – 0,9%, hotel, kafe və restoran xidməti sahəsində - 0,2%, digər əmtəə malları və xidmətlərdə - 0,3% artıb.
"Sakstat” bəyan edib ki, avqust ayında iyul ilə müqayisədə qiymətlər: tütün və spirtli içkilərdə - 0,4%, geyim və ayaqqabıda – 0,8%, səhiyyə sahəsində - 0,7%, kommunal xidmətlərdə - 0,2% azalıb.
Keçən ay ərzində təhsil və rabitə sahəsində qiymətlər dəyişməyib.
2016-cı ilin avqustunda Gürcüstanda böhran 0,4%-dən ibarət olub.
BVF 2016-cı ildə Gürcüstanda böhranı 4,3% səviyyəsində proqnozlaşdırıb. 2016-cı ildə inflyasiya göstəricisi 5%-dir, büdcə isə 4%-ə hesablanıb.
7news.Az








