RU
Gürcüstanda gün ərzində koronavirusa yoluxma aşkar edilmədi
17:20
411

Gürcüstanda gün ərzində koronavirusa yoluxma aşkar edilmədi

Gürcüstanda ötən sutka ərzində koronavirusa yoluxma aşkar edilməyib.

"Sputnik Gürcüstan” bu barədə Tbilisi Yoluxucu Xəstəliklər xəstəxanasının direktoru Marina Ezuqbayanın açıqlamasına istinadla xəbər yayıb.

Bildirilib ki, bu, fevralın 26-dan - ölkədə koronavirus aşkar ediləndən bəri ilk belə hadisədir.

Qeyd edək ki, Gürcüstanda koronavirus indiyə qədər 879 nəfərdə aşkar edilib, onlardan 14-ü ölüb.

Eyni zamanda, gün ərzində 20 xəstənin koronavirusdan sağaldığı bildirilib. Sağalanların ümumi sayı 724 nəfərdir. Klinikalarda koronavirusdan müalicə olunan 141 xəstə var.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ